• Bakı 17° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Panamaya 250 min dollar ayrıldı

DÜNYA

10 Oktyabr 2026 | 09:20 | Müəllif: Gülşən Şərif

Panamaya 250 min dollar ayrıldı

Latın Amerikası və Karib Hövzəsi İnkişaf Bankı (CAF) oktyabrın 9-da baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Panamaya 250 min dollar həcmində əvəzsiz yardım ayırıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə bankın "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

"CAF zəlzələnin səbəb olduğu fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılması üçün Panamaya 250 min dollar həcmində əvəzsiz yardım ayırıb", - deyə məlumatda qeyd olunub.

Bundan əlavə, bank təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məqsədilə Panamaya 50 milyon dollaradək kredit xəttindən istifadə imkanı yaradıb.

Bildirilib ki, vəsaitlər Panama hakimiyyətinin müəyyən etdiyi ilkin ehtiyacların qarşılanmasına yönəldilə bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026