• Bakı 19° C

    5.26 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

İsrail İran agentini öldürüldü

DÜNYA

10 Oktyabr 2026 | 09:35 | Müəllif: Gülşən Şərif

İsrail İran agentini öldürüldü

İsrail Hərbi Hava Qüvvələri Livanın Hermel bölgəsinə zərbə endirib. İsrail tərəfinin iddiasına görə, zərbə nəticəsində Suriyanın cənubunda İsrail hərbçilərinə hücumlar hazırlayan İran agenti öldürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi Ella Vavia "X" sosial şəbəkəsində yayımladığı bəyanatda bildirib.

Onun sözlərinə görə, zərbə nəticəsində İsrailin Suriyanın cənubunda yerləşən qüvvələrinə hücum planları hazırlayan Yusif Əli əl-Həsun öldürülüb.

İsrail ordusu Həsunun "Hizbullah" hərəkatı ilə əlaqəli olduğunu və İranın göstərişləri əsasında fəaliyyət göstərdiyini iddia edib.

Bəyanata əsasən, o, İsrailin hərbi obyektlərinə hücum etmək üçün partlayıcılarla təchiz edilmiş pilotsuz uçuş aparatlarından istifadə etməyi planlaşdırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026