• Bakı 18° C

    5.35 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Azərbaycanın pambıq ixracından gəliri artıb

İQTİSADİYYAT

10 Oktyabr 2026 | 13:02 | Müəllif: Gülşən Şərif

Azərbaycanın pambıq ixracından gəliri artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan xarici bazarlara 187 milyon 931.17 min ABŞ dolları dəyərində pambıq ixrac edib.

Bakıvaxtı.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 23,3% çoxdur.

Hesabat dövründə ölkəyə idxal olunan pambığın dəyəri isə 7 milyon 143.15 min ABŞ dolları olub. Bu isə 2025-cü ilin müvafiq dövrünə nisbətən 13,9% çoxdur.

Qeyd edək ki, cari ilin ilk 8 ayında pambıq üzrə ixrac Azərbaycanın ümumi ixracının 0,86%-ni, idxal isə ümumi idxalın 0.06%-ni təşkil edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026