• Bakı 17° C

    4.85 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

ABŞ və Ukrayna rəsmilərinin danışıqları vaxtından tez bitdi

DÜNYA

10 Oktyabr 2026 | 13:37 | Müəllif: Gülşən Şərif

ABŞ və Ukrayna rəsmilərinin danışıqları vaxtından tez bitdi

Oktyabrın 10-da ABŞ və Ukrayna rəsmiləri arasında Mayamidə nəzərdə tutulan danışıqlar baş tutmayacaq, çünki görüşlər vaxtından əvvəl yekunlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, Mayamidəki müzakirələr planlaşdırılandan daha tez bitdi. İkinci gün olmayacaq.

Qeyd edək ki, oktyabrın 9-da və 10-da Mayamidə ABŞ prezidentinin nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Ukrayna böhranının tənzimlənməsi məqsədilə Ukrayna, Avropa İttifaqı və NATO təmsilçiləri ilə danışıqlar aparmalı idilər. Oktyabrın 9-da ilk görüş keçirilib.

ABŞ-li rəsmilərin verdiyi məlumata görə, müzakirələrdə əsas diqqət ABŞ, Avropa və NATO tərəfindən Ukraynaya təhlükəsizlik zəmanətlərinin razılaşdırılmasının tamamlanmasına yönəldilib.

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff qeyd edib ki, danışıqlarda qış gəlməzdən əvvəl Ukrayna münaqişəsinin həlli yolları nəzərdən keçirilib.

Məlumata görə, ABŞ və Ukrayna ərazilərlə bağlı "həssas mövzunu" da müzakirə ediblər. Bildirilir ki, Ukrayna Rusiyanın işğal olunmuş əraziləri təhvil verməsində israr edir.

Mənbə, həmçinin bildirib ki, görüş iştirakçıları Avropa ilə Rusiya arasında gələcək sülhün əsasını təşkil edəcək təhlükəsizlik arxitekturasını müzakirə ediblər.

Bundan əlavə, oktyabrın 9-da açıqlanıb ki, Vaşinqton ABŞ Prezidenti Donald Trampın göstərişi ilə Rusiya dizel yanacağının müvəqqəti lisenziya əsasında dünya bazarına tədarükünə icazə verəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026