• Bakı 19° C

    1.68 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Elvin Mahmudzadə yenə həbs edildi

CƏMİYYƏT

08 Oktyabr 2026 | 23:24 | Müəllif: Subhan Mahmudov

Elvin Mahmudzadə yenə həbs edildi

“Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin sədri Elvin Mahmudzadə və eyni ictimai birliyin əməkdaşı Samir Məmmədovun həbs edildikləri barədə məlumat yayılıb.

Bakıvaxtı.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, sosial şəbəkələrdə yayılan xəbərlər doğrudur.

E.Mahmudzadə və S.Məmmədov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər.

Onlara qarşı Cinayət Məcəlləsinin 182.2.4 (hədə-qorxu ilə xeyli miqdarda pul və ya əmlak tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Hər iki şəxs barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Elvin Mahmudzadə 3 il əvvəl də külli miqdarda dələduzluğa görə həbsdə olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026