• Bakı 17° C

    4.85 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

ABŞ İranın "kölgə donanması"na yeni sanksiyalar tətbiq edib

DÜNYA

09 Oktyabr 2026 | 00:17 | Müəllif: Subhan Mahmudov

ABŞ İranın "kölgə donanması"na yeni sanksiyalar tətbiq edib

Vaşinqton administrasiyası "İqtisadi təcrid" əməliyyatı çərçivəsində İran neftinin satışını dəstəkləyən şəxslərə və şirkətlərə qarşı yeni sanksiyalar tətbiq edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin Maliyyə Nazirliyi öz saytında məlumat yayıb.

"Bu gün görülən tədbirlər İranın qalan qanunsuz dəniz infrastrukturuna ən ciddi zərbəni vurur və "kölgə donanması"nın böyük əksəriyyətini sıradan çıxarır", - "Reuters" ABŞ Maliyyə Nazirliyinin nümayəndəsinin sözlərini sitat gətirib.

Nazirliyin məlumatına görə, məhdudiyyətlər İranın xam neftinin, neft məhsullarının və neft-kimya məhsullarının daşınmasını həyata keçirən 6 fiziki şəxsə, 18 şirkətə və 17 gəmiyə şamil olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026