100+kq çəki dərəcəsində mübarizə aparan Kənan Nəsibov təsəlliverici görüşə çıxıb.
Bakıvaxtı.az xəbər verir ki, o, bu turda rusiyalıü Valeri Endovitski ilə qarşılaşıb.
Görüşün nəticəsinə əsasən, Nəsibov bürünc medal uğrunda mübarizəyə davam edəcək.
***
14:19
Dünya çempionatında 100+kq çəki dərəcəsində 1/4 final qarşılaşmaları davam edir.
Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə Azərbaycanın iki təmsilçisi - Uşanqi Kokauri və Kənan Nəsibov qarşı-qarşıya gəlib.
Görüşün nəticəsinə əsasən, Uşanqi Kokauri yarımfinala vəsiqə qazanıb. Kənan Nəsibov isə təsəlliverici görüşdə iştirak edəcək.
***
14:00
Kənan Nəsibov 1/8 finalda ukraynalı Yakiv Khammo ilə qarşılaşıb.
Bakıvaxtı.az xəbər verir ki, 100+kq çəki dərəcəsində yarışan idmançımız rəqibini məğlub edib.
Beləliklə, o, 1/4 finala vəsiqəni təmin edib. O, bu mərhələdə digər təmsilçimiz Uşanqi Kokauri ilə münasibətlərə aydınlıq gətirəcək.
***
13:03
Kənan Nəsibov dünya çempionatında ilk görüşündə qələbə qazanıb.
Bakıvaxtı.az xəbər verir ki, 1/16 final mərhələsində mübarizəyə qoşulan Azərbaycan cüdoçusu Losseni Kone (Almaniya) – Vidak Malyeviç (Serbiya) görüşünün qalibi ilə qarşılaşıb.
Nəsibov almaniyalı rəqibini məğlub edərək növbəti mərhələyə yüksəlib.
O, 1/8 finalda Yakiv Khammo (Ukrayna) ilə üz-üzə gələcək.
















