• Bakı 16° C

    1.3 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Kiyev metrosunun fəaliyyəti dayandırılıb

DÜNYA

10 Oktyabr 2026 | 15:01 | Müəllif: Gülşən Şərif

Kiyev metrosunun fəaliyyəti dayandırılıb

Kiyev metrosunda elektrik enerjisinin kəsilməsi səbəbindən qatarların hərəkəti və eskalatorların fəaliyyəti müvəqqəti dayandırılıb.

Bakıvaxtı.az bu barədə "RBC-Ukrayna" Kiyev Şəhər Dövlət Administrasiyasına istinadən məlumat yayıb.

“Xarici enerji təchizatı mənbələrindən gərginliyin kəsilməsi səbəbindən metroda qatarların hərəkəti və eskalatorların fəaliyyəti müvəqqəti dayandırılıb”, – məlumatda bildirilib.

Metronun fəaliyyətinin bərpası barədə əlavə məlumat veriləcəyi qeyd olunub.

Xatırladaq ki, oktyabrın 10-da raket hücumu nəticəsində Kiyevin Cənubi Borşahivka ərazisində elektrik enerjisinin verilişi dayandırılıb.

Kiyev vilayətinin Buça rayonunda da enerji obyektlərinə hücum nəticəsində elektrik enerjisinin verilişində qəza xarakterli fasilələr qeydə alınır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026