• Bakı 14° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

ABŞ-də atışma: 9 nəfər ölüb

DÜNYA

10 Oktyabr 2026 | 19:10 | Müəllif: Günəş Mərd

ABŞ-də atışma: 9 nəfər ölüb

ABŞ-nin Pensilvaniya ştatının Eri şəhərində baş verən atışma nəticəsində azı 9 nəfər həyatını itirib. Bu barədə CBS telekanalı məlumat yayıb.

Bakıvaxtı.az xəbər verir ki, məlumata görə, polis yerli vaxtla saat 17:00 radələrində baş verən atışma ilə bağlı hadisə yerinə gəlib. Şübhəlinin evinin yaxınlığında iki qadının meyiti, binanın daxilində isə bir neçə qurban, o cümlədən iki uşaq aşkarlanıb.

Atışmada şübhəli bilinən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları binaya daxil olmamışdan əvvəl intihar edib.

Polis hazırda ictimai təhlükəsizliyə hər hansı təhdidin olmadığını bildirib. Hadisə ilə bağlı araşdırma başlanıb. Atışmanın səbəbləri və digər təfərrüatlar hələlik açıqlanmayıb.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026