• Bakı 22° C

    4.9 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib

İDMAN

10 Oktyabr 2026 | 22:09 | Müəllif: Günəş Mərd

Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı çərçivəsində Beynəlxalq Cüdo Federasiyasının (BCF) bayrağının təhvil-təslim mərasimi keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən bildirilib.

Milli Gimnastika Arenasında təşkil olunan mərasimdə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, BCF-nin baş katibi Lisa Allan və Qazaxıstan Cüdo Federasiyasının prezidenti Kuanışbek Yesekeyev iştirak ediblər.

BCF bayrağı arenadakı dirəkdən endirilərək əsas səhnəyə gətirilib. E. Məmmədli bayrağı L. Allana, o isə 2027-ci ildə dünya çempionatına ev sahibliyi edəcək Qazaxıstanın nümayəndəsi K. Yesekeyevə təhvil verib. Bununla da yarışa ev sahibliyi simvolik olaraq Bakıdan Astanaya keçib.

Mərasimin sonunda 2027-ci ildə Qazaxıstanın paytaxtında keçiriləcək dünya çempionatının təqdimat videosu nümayiş olunub.

Xatırladaq ki, Azərbaycan cüdoçuları Bakıda təşkil olunan dünya çempionatını 7 medalla (1 qızıl, 2 gümüş, 4 bürünc) başa vurub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Oktyabr 2026