Rusiya ənənəvi dostluq münasibətlərinə malik olduğu Livanı dəstəkləməyə həmişə hazırdır.
Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bunu Livan xarici işlər naziri Yusif Raci ilə danışıqlar zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, ikitərəfli münasibətləri ənənəvi olaraq dostcasınadır:
"Biz həmişə Livanlı dostlarımızı, o cümlədən döyüşlər nəticəsində təxminən bir milyon Livan vətəndaşının ciddi şəkildə zərər gördüyü və hüquqlarının pozulduğu hazırkı vəziyyətdə də dəstəkləməyə hazır olmuşuq".
Gülşən Şərif
















