• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Mirziyoyev Bakıda AQEM sammitində iştirak edəcək

SİYASƏT

13 Oktyabr 2026 | 19:30 | Müəllif: Subhan Mahmudov

Mirziyoyev Bakıda AQEM sammitində iştirak edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev oktyabrın 14-15-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) yeddinci sammitində iştirak etmək üçün Bakıya səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki,  bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinin məlumatında bildirilib.

Sammitdə region ölkələrinin liderləri Asiyada təhlükəsizlik, iqtisadi əməkdaşlıq və nəqliyyat əlaqələrinin inkişafı məsələlərini müzakirə edəcəklər.

Sammitə Azərbaycan sədrlik edəcək. Tədbirdə əsas diqqət qitədə etimadın, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə, həmçinin AQEM-in institusional inkişafının davam etdirilməsinə yönəldiləcək.

İştirakçılar, həmçinin nəqliyyat əlaqələri, rəqəmsallaşma və dayanıqlı iqtisadi artım sahələrində praktiki əməkdaşlıq məsələlərini müzakirə edəcək, əsas regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparacaqlar.

Sammitin yekununda Bakı Bəyannaməsinin və təşkilatın rolunun gücləndirilməsinə, fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş qərarlar paketinin qəbul ediləcəyi gözlənilir.

AQEM 1992-ci ildə Qazaxıstanın təşəbbüsü ilə Asiyada dialoqun və əməkdaşlığın təşviqi, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə çoxtərəfli forum kimi yaradılıb. Hazırda təşkilat 28 üzv dövlətdən ibarətdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026