• Bakı 12° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Prezidentlə Zelenskinin görüşü baş tutub - YENİLƏNİB

SİYASƏT

12 Noyabr 2026 | 15:10 | Müəllif: Əli Hüseynov

Prezidentlə Zelenskinin görüşü baş tutub - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrlandiyanın Baş naziri Mixol Martinin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə toplantısında iştirak etmək üçün İrlandiyada səfərdədir.

Bakıvaxtı.az xəbər verir ki, noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dublində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

    Ukrayna Prezidenti dövlətimizin başçısını Zəfər Günü və 12 noyabr - Konstitusiya Günü münasibətilə təbrik etdi.

    Görüşdə Prezident Volodimir Zelenskinin Azərbaycana səfəri və səfər zamanı aparılmış müzakirələr məmnunluqla xatırlandı.

    Ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin, eyni zamanda, özəl sektorun xətti ilə iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə olundu, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri məsələsi barədə fikir mübadiləsi aparıldı.

    Prezident Volodimir Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımlara, xüsusilə elektrik avadanlıqlarının təchizatı məsələsində dəstəyə görə təşəkkürünü bildirdi.

    Söhbət zamanı Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda postmünaqişə şəraitində apardığı bərpa və quruculuq işlərinin Ukrayna tərəfindən də böyük maraqla izlənildiyi qeyd olundu, bu xüsusda ölkəmizin təcrübəsinin Ukrayna üçün də əhəmiyyətli olacağı bildirildi.

    Görüşdə Azərbaycan və Ukrayna prezidentləri qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi apardılar.

    ***

    14:33

    Azərbaycan Prezidenti İlham Əliyev Avropa Siyasi Birliyinin 9-cu sammitində iştirak etmək üçün Dublinə səfər edib.

    Bakıvaxtı.az xəbər verir ki, bu dəqiqələrdə Azərbaycan dövlət başçısı ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş gözlənilir.

    Zelenski Əliyevlə görüş keçiriləcəyi məkana gəlib.

     

     


    Prezidentlə Zelenskinin görüşü baş tutub - YENİLƏNİBPrezidentlə Zelenskinin görüşü baş tutub - YENİLƏNİB
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR