• Bakı 19° C

    3.96 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Nürnberq aeroportu fəaliyyətini dayandırıb

CƏMİYYƏT

13 Oktyabr 2026 | 15:18 | Müəllif: Əli Hüseynov

Nürnberq aeroportu fəaliyyətini dayandırıb

Sərnişin təyyarəsinin göyərtəsində ehtimal edilən fövqəladə vəziyyətlə əlaqədar Almaniyada Nürnberq hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli polisə istinadən Almaniyanın "Bild" nəşri məlumat yayıb.

"Biz bunun havada baş vermiş fövqəladə vəziyyət olduğunu ehtimal edirik. Lakin bu məlumat hələ ki, təsdiqini tapmayıb", - polis nümayəndəsi bildirib.

Nəşrin məlumatına görə, polis əməliyyatı Yunanıstanın Korfu adasından XR456 reysini həyata keçirən "Corendon Airlines" aviaşirkətinə məxsus təyyarənin enişindən az əvvəl başlayıb. Hava gəmisi yerli vaxtla saat 12:16-da uğurla eniş edib.

Hava limanının nümayəndəsi təsdiqləyib ki, təyyarəni enişdən əvvəl "Eurofighter" qırıcıları müşayiət edib. Bununla belə, hava limanı bağlı qalır, polis əməliyyatı davam edir.

Qeyd edək ki, oktyabrın 13-nə keçən gecə pilotsuz uçuş aparatıları ilə bağlı xəbərlərə görə hava limanının işində artıq fasilə yaranmışdı. Üç pilot naməlum obyekt gördüklərini bildirmişdi. Aparılan axtarışlar nəticə verməmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR