• Bakı 21° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

İstanbul metrosunda sərnişinlər niyə təxliyə edildi?

DÜNYA

13 Oktyabr 2026 | 11:46 | Müəllif: Qalib İbrahimoğlu

İstanbul metrosunda sərnişinlər niyə təxliyə edildi?

İstanbul metrosunda kabel partlayışı olub.

Bakıvaxtı.az Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə M5 Üsküdar-Sultanbəyli Metro Xəttində qeydə alınıb. Belə ki, İhlamurkuyu Stansiyasında metronun yerləşdiyi ərazidəki kabellərdə partlayış baş verib. Partlayışdan sonra tüstü stansiyaya yayılıb.

Yanğınsöndürmə briqadaları hadisə yerinə göndərilib və metro xidmətləri dayandırılıb.

İhlamurkuyu Stansiyasında qatar gözləyən sərnişinlər böyük bir izdiham yaradıblar. Onlar rəsmilər tərəfindən təxliyə edilib. Nasazlıq bəzi digər metro stansiyalarında da tıxaclara səbəb olub.

Murad Məmmədli


İstanbul metrosunda sərnişinlər niyə təxliyə edildi?
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR