• Bakı 21° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Özünü məktəb binasından atan şagirdin VƏZİYYƏTİ AĞIRDIR

CƏMİYYƏT

13 Oktyabr 2026 | 12:53 | Müəllif: Günəş Mərd

Özünü məktəb binasından atan şagirdin VƏZİYYƏTİ AĞIRDIR

12.10.2026-cı il tarixində Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 2014-cü il təvəllüdlü şəxsin (qadın) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, onun vəziyyəti ağır qiymətləndirilir.

Xatırladaq ki, ötən gün 94 nömrəli tam orta ümumtəhsil məktəbinin 7-ci sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) tənəffüs zamanı II mərtəbənin pəncərəsindən yıxılıb. Bu barədə Bakı Şəhər Təhsil İdarəsi məlumat yayıb. Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb. Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ nəzarətə götürülüb və aidiyyəti qurumlar tərəfindən müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır.      

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR