• Bakı 19° C

    3.86 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

“Azərsilah" baş direktoru özünə yeni müşavir təyin etdi - FOTO

SİYASƏT

13 Oktyabr 2026 | 09:46 | Müəllif: Əli Hüseynov

“Azərsilah" baş direktoru özünə yeni müşavir təyin etdi - FOTO

Müdafiə Sənayesi Nazirliyinin tabeliyində “Azərsilah Müdafiə Sənayesi Holdinqi” QSC-nin baş direktoruna yeni müşavir təyin olunub.

Bakıvaxtı.az xəbər verir ki, Yurd.Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı QSC-nin baş direktoru Emil İbrahimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Vasif Salayev baş direktorun müşaviri vəzifəsinə təyin olunub.

V.Salayev bundan əvvəl uzun illər enerji, dəmir yolu və neft-qaz sektorları üçün elektrik avadanlıqlarının istehsalı, layihələndirilməsi və quraşdırılması ilə məşğul olan ATEF Qrup Şirkətlərində müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib.

O, 2022-ci ilin fevralından 2026-cı ilin fevralınadək ATEF Qrup Şirkətlərinin Böyük Güc Transformatorları Zavodunun direktoru vəzifəsində çalışıb.

Bundan əvvəl isə 2013-cü ilin fevralından 2022-ci ilin iyun ayınadək həmin zavodda baş mühəndis vəzifəsini tutub. Salayev ATEF-də karyerasına 2011-ci ildə dizayn mühəndisi kimi başlayıb və 2013-cü ilədək bu vəzifədə çalışıb.

Beləliklə, Vasif Salayev ATEF Qrup Şirkətlərində ümumilikdə 14 ildən artıq müxtəlif vəzifələrdə çalışıb.

 

Vasif Salayev


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Oktyabr 2026