• Bakı 18° C

    1.74 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Pakistanda sərnişin qatarı relsdən çıxıb, beş nəfər ölüb

DÜNYA

13 Oktyabr 2026 | 09:50 | Müəllif: Əli Hüseynov

Pakistanda sərnişin qatarı relsdən çıxıb, beş nəfər ölüb

Pakistanın Pəncab əyalətinin Multan şəhərində sərnişin qatarının relsdən çıxması nəticəsində ən azı beş nəfər ölüb, 30 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, Geo TV-nin məlumatına görə, Kəraçidən Peşəvərə gedən qatarın bütün 14 vaqonu relsdən çıxıb.

    Hadisə yerli vaxtla səhər saat 5:15 radələrində (Bakı vaxtı ilə səhər saat 4:15) Şer Şah körpüsünün yaxınlığında baş verib.

    Yaralılar Multandakı xəstəxanaya çatdırılıb.

    Xilasetmə işləri davam etdirilir.

    Qəzanın səbəbi hələlik müəyyən edilməyib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR