• Bakı 18° C

    1.74 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

SİYASƏT

13 Oktyabr 2026 | 10:47 | Müəllif: Qalib İbrahimoğlu

Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

Oktyabrın 13-də Bakıda Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin rəsmi qarşılanma mərasimi olub.

Bakıvaxtı.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Laos Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Laos Prezidenti Thonqlun Sisuliti qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Laos Prezidentinə raport verdi.

Laos Xalq Demokratik Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Laos Prezidenti Thonqlun Sisulitin qarşısından keçdi.

Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Thonqlun Sisulitə, Laos nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olundu.

Sonda dövlət başçıları rəsmi foto çəkdirdilər.


Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi oldu - FOTOLARLaos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi oldu - FOTOLARLaos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi oldu - FOTOLARLaos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi oldu - FOTOLARLaos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi oldu - FOTOLARLaos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi oldu - FOTOLARLaos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi oldu - FOTOLARLaos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi oldu - FOTOLARLaos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi oldu - FOTOLARLaos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR