• Bakı 19° C

    0.96 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

“44” filmindən sonra özünü dini-mistik obrazın əsgəri sayanlar fikrini dəyişəcək

CƏMİYYƏT

13 Oktyabr 2026 | 11:48 | Müəllif: Qalib İbrahimoğlu

“44” filmindən sonra özünü dini-mistik obrazın əsgəri sayanlar fikrini dəyişəcək

“Bu filmə baxdıqdan sonra mən hansısa dini-mistik obrazın əsgəriyəm deyənlər deyəcəklər ki, mən Müzəffər Ali Baş Komandanın əsgəriyəm”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Hikmət Məmmədov Milli Məclisin 13 oktyabr tarixli iclasında deyib.

Deputat ötən gün Heydər Əliyev Mərkəzində “44” filminin premyerasında iştirak etdiklərini bildirib. Onun sözlərinə görə, ekran əsəri Azərbaycanın tarixi Zəfərinin mənəvi gücə çevrilməsini və güc anlayışının yenidən təqdimatını əks etdirir.

Hikmət Məmmədov filmin Azərbaycan mədəniyyət və kino tarixində mühüm hadisə olduğunu vurğulayıb. O, filmin ssenari müəllifinə, Bakı Media Mərkəzinə və ekran əsərinin ərsəyə gəlməsində iştirak edən bütün yaradıcı heyətə təşəkkür edib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR