• Bakı 21° C

    4.79 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Saakaşvili Azərbaycanda məktəblərdəki münaqişədən danışdı, İranı ittiham etdi

SİYASƏT

13 Oktyabr 2026 | 12:49 | Müəllif: Əli Hüseynov

Saakaşvili Azərbaycanda məktəblərdəki münaqişədən danışdı, İranı ittiham etdi

"Azərbaycan məktəblərdə vahid geyim forması təsdiqlənib. Bu, Azərbaycanın dünyəvi dövlət kimi mövqeyini möhkəmləndirmək və islamçıların təsirinin qarşısını almaq istiqamətində atdığı çox mühüm və cəsarətli addımdır".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili özünün sosial şəbəkə hesabında yazıb.

"Bu arada, Azərbaycanda artıq təsir imkanlarını reallaşdıra bilməyən İran Gürcüstanda yaşayan azərbaycanlıların radikal islamlaşmasını fəal şəkildə həyata keçirir. Bu isə Gürcüstanın dövlətçiliyi və ərazi bütövlüyü üçün ölümcül təhlükə yaradır. Buradakı islamçılar həm Gürcüstan, həm Azərbaycan, həm də bütün region üçün təhlükə törədirlər", - deyə Saakaşvili bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR