• Bakı 19° C

    0.96 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Ermənistanda saxlanılan hərbçimiz nələr danışdı? - DETALLAR

SİYASƏT

13 Oktyabr 2026 | 10:28 | Müəllif: Günəş Mərd

Ermənistanda saxlanılan hərbçimiz nələr danışdı? - DETALLAR

Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayev dindirilib. 

Bakıvaxtı.az  xəbər verir ki, Ermənistanın “Joqhovurd” qəzetinin məlumatına görə, Musayev dindirilmə zamanı erməni ailəsinin evinə daxil olarkən heç kimə zərər vermək niyyətinin olmadığını deyib.

O, qadından dəfələrlə onu buraxmasını istədiyini, lakin qadının silahını götürdüyünü iddia edib.

Qəzetin məlumatına əsasən, Nəsimi Musayev yazılı ifadəsində hadisə zamanı qadının və ailə üzvlərinin ona hücum etdiyini, bıçaqladığını və döydüyünü də bildirib.

Qeyd edək ki, Nəsimi Musayev oktyabrın 1-də Ermənistanda, Zəngəzurun Şəki kəndində saxlanılıb. Ermənistanın məlumatına görə, onun barəsində bir neçə maddə üzrə cinayət işi başlanıb və məhkəmə iki aylıq həbs qətimkan tədbiri seçib.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR