• Bakı 21° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Şri-Lankanın XİN rəhbəri Azərbaycana səfər edəcək

SİYASƏT

13 Oktyabr 2026 | 09:35 | Müəllif: Əli Hüseynov

Şri-Lankanın XİN rəhbəri Azərbaycana səfər edəcək

Şri-Lankanın xarici işlər naziri Vicita Herat oktyabrın 15-də Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində ölkənin nümayəndə heyətinə rəhbərlik edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"Səfər zamanı nazir iştirakçı ölkələrdən, o cümlədən Qazaxıstan, Özbəkistan və Tacikistandan olan həmkarları, həmçinin ev sahibi olan Azərbaycanın rəhbərliyi və AQEM-in baş katibi ilə ikitərəfli danışıqlar aparacaq", - məlumatda bildirilib.

Həmçinin qeyd olunub ki, səfər Şri-Lankanın Asiya ölkələri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsinə və Mərkəzi Asiyanın sürətlə inkişaf edən iqtisadiyyatları ilə iqtisadi tərəfdaşlığın inkişafına töhfə vermək məqsədi daşıyır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Oktyabr 2026