Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Çerkasske qəsəbəsinə zərbələr endirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Donetsk Xüsusi Əməliyyatlar Komandanlığının rəisi Vadim Filaşkin məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində 3 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Hücum “Smerç” reaktiv yaylım atəş sistemindən kaset döyüş başlığı ilə həyata keçirilib.
















