• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Xəzər sahillərində ölü suitilər aşkarlandı

DÜNYA

12 Oktyabr 2026 | 22:05 | Müəllif: Subhan Mahmudov

Xəzər sahillərində ölü suitilər aşkarlandı

Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində 10-dan çox ölü suiti aşkarlanıb. Heyvanların ölüm səbəbləri hələlik məlum deyil.

Bakıvaxtı.az xəbər verir ki, suitilərin cəsədlərini Aktau şəhərinin sakini Bautino kəndi yaxınlığında aşkar edib. Onun sözlərinə görə, ölü suitilər sahilboyu təxminən 2,5-3 kilometrlik ərazidə olub.

Qadın aşkar etdiyi ölü suitilərin fotolarını yerli nəşrə göndərib.

Qeyd edək ki, Qazaxıstanın Xəzər sahillərində əvvəllər də oxşar hallar qeydə alınıb. Bu ilin yazında həmin ərazidə yüzlərlə ölü suiti aşkarlanmışdı. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026