• Bakı 16° C

    3.77 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı

HADİSƏ

12 Oktyabr 2026 | 17:10 | Müəllif: Əli Hüseynov

Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı

Ucarda sərnişin avtobusu yanıb.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "İkarus" markalı sərnişin avtobusu anidən alışaraq yanıb. Hadisə nəticəsində Bakı istiqamətində avtomobillərin hərəkəti bir müddət məhdudlaşdırılıb.

Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub. Yanğın söndürülüb, yolda hərəkət bərpa olunub.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR