• Bakı 19° C

    3.52 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edilib

CƏMİYYƏT

12 Oktyabr 2026 | 17:08 | Müəllif: Əli Hüseynov

Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edilib

Çindən Azərbaycana gətirilən 8016 baytarlıq preparatı məhv edilib.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Belə ki, Çindən idxal edilən "Farmazin Tylo" əmtəə nişanlı baytarlıq preparatı məhsul partiyasından götürülmüş nümunələrdə pH göstəricisinin normativ texniki tələblərə cavab vermədiyi müəyyən edilib.

Uyğunsuzluqla əlaqədar qanunvericiliyə müvafiq qərar qəbul edilərək, 5010 ədəd 50 ml-lik, 3006 ədəd 100 ml-lik məhsul məhv edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026