• Bakı 21° C

    5.53 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Naftalanda şagirdlər Dövlət Himnini müəllimləri ilə birgə səsləndirdi - VİDEO

CƏMİYYƏT

13 Oktyabr 2026 | 15:07 | Müəllif: Əli Hüseynov

Naftalanda şagirdlər Dövlət Himnini müəllimləri ilə birgə səsləndirdi - VİDEO

Naftalan şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlərin milli-mənəvi dəyərlərə, vətənpərvərlik və dövlətçilik ənənələrinə bağlılığının gücləndirilməsi istiqamətində tədbir keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, məktəbdə şagirdlər vahid məktəbli geyimində müəllim kollektivi ilə birlikdə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndiriblər.

Tədbir dövlət rəmzlərinə ehtiramın, milli dəyərlərə bağlılığın və vətənpərvərlik ruhunun təbliği baxımından əhəmiyyət daşıyır.

Qeyd edək ki, təhsil müəssisələrində şagirdlərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması, dövlət rəmzlərinə hörmətin aşılanması və vahid məktəbli geyimi vasitəsilə məktəb mühitində nizam-intizamın təşviqi təlim-tərbiyə prosesinin mühüm istiqamətlərindəndir.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Oktyabr 2026