• Bakı 18° C

    1.74 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Məktəblərdə vahid geyim: Nizam-intizam və sosial bərabərlik

CƏMİYYƏT

13 Oktyabr 2026 | 15:29 | Müəllif: Gülşən Şərif

Məktəblərdə vahid geyim: Nizam-intizam və sosial bərabərlik

Son günlər Azərbaycanda ümumi təhsil müəssisələrində vahid məktəbli geyiminin tətbiqi məsələsi diqqət mərkəzində olan əsas mövzulardan birinə çevrilib. Vahid məktəbli geyiminin tətbiqi cəmiyyətdə təkcə təhsil və nizam-intizam məsələsi kimi deyil, birbaşa sosial-iqtisadi təsir imkanları baxımından da geniş müzakirə olunur.

Məktəblərdə vahid geyim qaydalarının tətbiqinin əhəmiyyəti nədir? Bu dəyişiklik vətəndaşların sosial vəziyyətinə necə təsir edəcək?
  
 Bakıvaxtı.az-ın bu suallarınıcavablandıran AMEA nin aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, ictimai xadim Sənan Həsənov bildirib ki, Nazirlər Kabinetinin məlum qərarında vahid məktəbli geyimlərinin  norma və tələbləri tamamilə aydın şəkildə əksini tapıb.

Sənan Həsənov, AMEA nin aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, ictimai xadim

Onun sözlərinə görə, təhsilimizin milli əsaslarla həm də dünyəvilik prinsipləri ilə uzlaşdırılması bu sahədə inkişaf üçün   qarşıya qoydulmus  strateji hədəfi muəyyənləsdirir:

"Bu normalar dinimizə və onun qaydalarına heç bir maneə törətmir. Təhsilin strateji istiqamət olmasi da özünün tələb etdiyi qaydalara normalara əməl olunmasina bir zərurət yaradır. Bu prosesdə isə dövlətin həyata keçirdiyi, tətbiq etdiyi norma və qaydalara əməl olunması hər kəsin vəzifəsidir, həm də təhsilalanların və təhsilverənlərin fəaliyyətinə stimul verən mühüm amildir". 

Sənan Həsənov qeyd edib ki, məlum  qərar  təhsildə vahidliyin, bərabər münasibətin və məktəbin funksiyasının önə çəkilməsinin çox mühüm amilidir.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR