Bu gün Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, iclasın gündəliyində Azərbaycanda neft-qaz və neft-kimya sənayesinin inkişafı, o cümlədən, neft emalı və neft-kimya infrastrukturunun modernləşdirilməsi və gələcək inkişaf perspektivləri və cari iqtisadi məsələlər ətraflı müzakirə olunub.
Gündəlikdə olan məsələlər ilə bağlı SOCAR-ın prezidenti Rövşən Nəcəfin geniş məruzəsi dinlənilib. Təqdim olunan məsələyə dair İqtisadi Şuranın üzvləri və iclasa dəvət olunanlar çıxış ediblər və təkliflərini bildiriblər. Sonra cari məsələlər ilə bağlı Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri Mətin Eynullayev çıxış edib.
İclasın yekununda qərarlar qəbul olunaraq Azərbaycan İnvestisiya Holdinqinə, SOCAR-a və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.




















