Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Botir Kudratxocayevi yeni müdafiə naziri təyin edib.
Bakıvaxtı.az xəbər verir ki, nazirliyin əvvəlki rəhbəri Şuxrat Xalmuxamedov başqa vəzifəyə keçməsi ilə əlaqədar vəzifəsindən azad edilib.
General-mayor Botir Kudratxocayev Daxili İşlər nazirinin birinci müavini vəzifəsindən bu vəzifəyə keçib. O, əvvəllər Fövqəladə Hallar Nazirliyinə rəhbərlik edib və bundan əvvəl Prokurorluqda çalışıb.
















