Bolqarıstan hakimiyyəti ölkənin eksklüziv iqtisadi zonasında ticarət gəmilərinə dron hücumunun araşdırılmasında NATO və Aİ-dən kömək istəyib.
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bununla bağlı ölkənin Baş naziri Rumen Radev Avropa Şurasının prezidenti Antonio Kostaya, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenə və NATO-nun baş katibi Mark Rutteyə məktub göndərib.
"Bolqarıstan Qara dənizdə Bolqarıstanın eksklüziv iqtisadi zonasında iki ticarət gəmisinə dron hücumunun araşdırılmasını davam etdirmək üçün Aİ və NATO-dan texniki yardım istəyir. Bu məsələ təcili xarakter daşıdığı üçün prioritet diqqət yetirilməsini tələb edirik", - hökumətin mətbuat xidmətinin açıqlamasında qeyd olunub.
Xatırladaq ki, 6 oktyabrda Toqo bayrağı altında üzən və 10 nəfərlik heyət üzvü olan "Alfa Watan" gəmisi dron hücumundan sonra Bolqarıstanın iqtisadi zonasında batıb. Heç kim xilas edilməyib. Fövqəladə hal zonasında dənizin dərinliyi təxminən 2 km-dir. Dron hücumundan sonra böyük yanğına məruz qalan ikinci gəmi olan "Able"dən isə 18 dənizçi təxliyə edilib.
Gülşən Şərif
















