Paytaxtın Sabunçu rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Qəza səbəbi ilə "Koroğlu" metro stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.
Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

















