• Bakı 21° C

    0.37 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Azərbaycan müstəqil xarici siyasəti ilə beynəlxalq mövqelərini gücləndirir

SİYASƏT

13 Oktyabr 2026 | 11:33 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycan müstəqil xarici siyasəti ilə beynəlxalq mövqelərini gücləndirir

“Azərbaycanın milli maraqlarına əsaslanan müstəqil və çoxvektorlu xarici siyasəti ölkəmizin beynəlxalq mühitdə mövqelərini və strateji manevr imkanlarını genişləndirir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Rizvan Nəbiyev Milli Məclisin 13 oktyabr tarixli iclasında “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanla Qırğızıstan arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsi ikitərəfli əməkdaşlıqla yanaşı, çoxtərəfli formatlarda əlaqələrin inkişafı üçün də əlavə imkanlar yaradır.

Deputat iki ölkənin üzv olduğu beynəlxalq təşkilat və platformalar sırasında İslam Əməkdaşlıq Təşkilatını, Türk Dövlətləri Təşkilatını, İqtisadi Əməkdaşlıq Təşkilatını, Müstəqil Dövlətlər Birliyini, Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşünü, ATƏT-i və BMT-ni xüsusi qeyd edib.

Rizvan Nəbiyev Azərbaycanın xarici siyasət kursuna toxunaraq vurğulayıb ki, ölkə heç bir geosiyasi blokun təsir dairəsinə daxil olmadan strateji prioritetlərini müstəqil şəkildə müəyyənləşdirir və həyata keçirir. Onun sözlərinə görə, Azərbaycan müxtəlif güc mərkəzləri ilə tərəfdaşlıq əlaqələri quraraq regional və qlobal proseslərdə fəal iştirak edir.

Onun fikrincə, müstəqil xarici siyasət Azərbaycanın beynəlxalq proseslərdə mövqeyinin nəzərə alınmasına, təşəbbüslərinin dəstəklənməsinə və etibarlı tərəfdaş kimi qəbul olunmasına şərait yaradır. O, Çin və ABŞ ilə strateji tərəfdaşlıq münasibətlərini də Azərbaycanın müstəqil diplomatiyasının və beynəlxalq nüfuzunun göstəricisi kimi dəyərləndirib:

“Azərbaycanın qarşıdurma içində olan tərəflər arasında təmasların qurulduğu platformaya çevrilməsi üçün yalnız əlverişli coğrafi mövqe kifayət etmir. Bu prosesdə dövlətin və onun rəhbərinin beynəlxalq tərəfdaşlar arasında qazandığı etimad da mühüm rol oynayır”.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026