• Bakı 16° C

    3.77 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Rusiyada ayıların hücumları davam edir

CƏMİYYƏT

12 Oktyabr 2026 | 15:56 | Müəllif: Əli Hüseynov

Rusiyada ayıların hücumları davam edir

Rusiyanın İrkutsk vilayətində ayılar iki kişini öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, onlardan birinin meyiti Tareya çayındakı qış daxmasının yaxınlığında tapılıb.

    İkinci meyitin qalıqları Kaymanovo kəndi yaxınlığındakı meşədə aşkar edilib.

    İstintaq Komitəsi hadisənin təfərrüatlarını araşdırır.

    Qeyd edək ki, Rusiyanın şərq və şimal regionlarında son ayıların dinc sakinlərə hücumları intensiv hal alıb. Rusiya İstintaq Komitəsi və regional qurumların məlumatına görə, 2026-cı ilin yazından oktyabr ayına qədər Rusiyada ayı hücumlarından ən azı 25 nəfər ölüb. Ayı hücumları ən çox Krasnoyarsk diyarı, İrkutksk, Tomsk vilayətləri, Buryatiya, Altay respublikaları, Kamçatka və Xabarovsk diyarları və Saxalində qeydə alınıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR