Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni kadr təyinatı olub.
Bakıvaxtı.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov müvafiq əmr imzalayıb.
Belə ki, Fərazi Ceyran Əkbər qızı İnsan resursları departamentinin rəhbəri təyin edilib. O bundan əvvəl həmin vəzifəni müvəqqəti icra edirdi.

















