• Bakı 19° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Ürək sağlamlığı üçün faydalı meyvələr 

CƏMİYYƏT

12 Oktyabr 2026 | 14:56 | Müəllif: Günəş Mərd

Ürək sağlamlığı üçün faydalı meyvələr

Bəzi meyvələr ürək-damar sisteminin sağlamlığını dəstəkləyən antioksidantlar və liflə zəngindir.

Bakıvaxtı.az xəbər verir ki, kardioloq Xose Abellan-Aleman “Mirror” qəzetinə müsahibəsində ürək sağlamlığı üçün faydalı hesab edilən meyvələrdən danışıb.

Həkim ürək-damar sağlamlığını dəstəkləmək üçün qırmızı üzümün qida rasionuna daxil edilməsini tövsiyə edib. Onun sözlərinə görə, bu meyvənin tərkibində hüceyrələri oksidləşdirici zədələnmədən qorumağa kömək edən antosiyaninlər var.

“Antosiyaninlər antioksidant xüsusiyyətlərə malikdir. Bu o deməkdir ki, onlar sərbəst radikallar adlanan qeyri-sabit molekulları neytrallaşdırmağa kömək edə bilərlər. Həmin molekullar hüceyrələrə zərər verə və ürək sağlamlığı ilə bağlı problemləri ağırlaşdıra bilər”, – kardioloq bildirib.

Abellan-Aleman antosiyaninlərin albalı və narda da olduğunu qeyd edib.

Həkim ürək sağlamlığı üçün almanın da faydalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, alma liflə, xüsusilə də pektinlə zəngindir. Həll olan lif növü olan pektin bağırsaqlarda xolesterolun sorulmasını azaltmağa kömək edə bilər.

Mütəxəssislər sağlam qidalanmanın ürək-damar xəstəlikləri riskinin azaldılmasında mühüm rol oynadığını bildirirlər. Bununla belə, ayrı-ayrı meyvələrin istehlakı ürək xəstəliklərinin qarşısını almağa zəmanət vermir; balanslı qidalanma və sağlam həyat tərzi də vacibdir.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR