Məşhur müğənni Rihanna reklam çəkilişi üçün övladları Rza, Riot və qızı Rokki Ayrish ilə birlikdə eyni geyimlərdə poza verib.
Bakıvaxtı.az xəbər verir ki, sənətçi ailə fotosessiyasından görüntüləri özünün “Instagram” səhifəsində paylaşıb.
Fotolarda Rihanna və övladları “Savage X Fenty” brendinin Milad kolleksiyasına aid naxışlı qırmızı pijamalarda görünüblər. Ailə fotosessiya zamanı daxmanın içərisində, eləcə də pinqvin fiqurları, ağaclar və süni qarla bəzədilmiş dekorasiyalar fonunda çəkilib.



















