• Bakı 16° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Ronaldu Portuqaliya millisindən uzaqlaşdırıldı

İDMAN

10 Oktyabr 2026 | 15:20 | Müəllif: Gülşən Şərif

Ronaldu Portuqaliya millisindən uzaqlaşdırıldı

Portuqaliya Futbol Federasiyası Kriştianu Ronaldunun milli komandanın düşərgəsini icazəsiz tərk etməsindən sonra məşhur futbolçuya qarşı avtomatik diskvalifikasiya qərarı tətbiq edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Britaniyanın "The Mirror" nəşri məlumat yayıb.

Qeyd olunur ki, qaydalarına əsasən, cəza avtomatik olaraq qüvvəyə minib. İndi federasiyanın Nizam-İntizam Komitəsi cəzanın yekun müddətini müəyyən etməlidir. Sanksiyaların müddəti bir aydan altı aya qədər dəyişə bilər. Əgər komitə ən sərt qərarı qəbul edərsə, Ronaldu milliyə yalnız 2027-ci ildə - 42 yaşında qayıda biləcək.

Qeyd edək ki, Ronaldu millinin baş məşqçisi Jorji Jezuş ilə arasında yaranan münaqişə səbəbindən komandanın düşərgəsini tərk edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026