• Bakı 17° C

    0.74 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

“Retro Holding”də milyon yarımlıq yeyinti - Həbs edilən var

CƏMİYYƏT

09 Oktyabr 2026 | 10:51 | Müəllif: Əli Hüseynov

“Retro Holding”də milyon yarımlıq yeyinti - Həbs edilən var

Azərbaycanda bir çox sahədə, o cümlədən diri heyvan bazarında idxalçı kimi fəaliyyət göstərən “Retro Holding” MMC-nin vəzifəli şəxsi həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, şirkətin baş mütəxəssisi Rüfət Qalib oğlu Səfiyev böyük məbləğdə mənimsəmədə təqsirləndirilir.

Cinayət işi həvalə qərarı ilə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən istintaq olunub.

İstintaqla müəyyən edilib ki, “Retro Holding”in məsul əməkdaşı Rüfət Səfiyev xarici ölkələrdən diri heyvanların satın alınması üçün nəzərdə tutulan 1 milyon 500 min manat vəsaiti mənimsəyib. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

İş üzrə ilkin istintaq tamamlanıb, yaxında məhkəmə başlayacaq. Təqsirli bilinəcəyi halda Səfiyevə 14 ilə kimi həbs cəzası verilə bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026