• Bakı 18° C

    5.35 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistan səfərindən yazdı - FOTOLAR

SİYASƏT

08 Oktyabr 2026 | 21:47 | Müəllif: Subhan Mahmudov

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistan səfərindən yazdı - FOTOLAR

Türkiyənin televiziya kanalları, informasiya agentlikləri və xəbər saytları Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünü geniş işıqlandırıb.

Bakıvaxtı.az xəbər verir ki, qardaş ölkənin media resursları Prezident İlham Əliyevin görüşdəki çıxışına, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla keçirdiyi danışıqlara, həmçinin Azərbaycan və Mərkəzi Asiya ölkələrinin liderləri tərəfindən imzalanmış yekun sənədlərə xüsusi diqqət yetirib.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin 50 faizdən çox artması da xüsusi vurğulanıb.

Prezident İlham Əliyevin investisiya fondlarının imkanlarından daha fəal istifadə edilməsinin zəruriliyi, “ilk növbədə, birgə layihələrin həyata keçirilməsi, yeni istehsal sahələrinin yaradılması və sənaye kooperasiyasının genişləndirilməsi” barədə fikirlərindən sitatlar gətirilib.

Bəzi media qurumları Azərbaycan liderinin ölkələrin nəqliyyat əlaqələrində Xəzər dənizi üzərindən keçən marşrutun roluna dair fikirlərini başlıqlara çıxarıb.

Dövlətimizin başçısının Mərkəzi Asiyanın Azərbaycanla, daha sonra isə beynəlxalq bazarlarla birləşdirilməsi üçün Xəzərin hər iki sahilində nəqliyyat infrastrukturunun əhəmiyyətinə dair fikirlərinə yer verilib.

Prezident İlham Əliyevin Mərkəzi Asiyadan enerji resurslarının beynəlxalq bazarlara tranzitində Azərbaycanın töhfəsinə dair fikirləri ayrı-ayrı yarımbaşlıqlarda təqdim olunub.


Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistan səfərindən yazdı - FOTOLARTürkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistan səfərindən yazdı - FOTOLARTürkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistan səfərindən yazdı - FOTOLARTürkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistan səfərindən yazdı - FOTOLARTürkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistan səfərindən yazdı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026