• Bakı 20° C

    3.51 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Bakı-Qazax yolunda maşın aşıb, 4 nəfər ölüb - YENİLƏNİB

HADİSƏ

07 Oktyabr 2026 | 16:28 | Müəllif: Günəş Mərd

Bakı-Qazax yolunda maşın aşıb, 4 nəfər ölüb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Qaradağ qəsəbəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, məumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes Atego" markalı yük avtomobilinin dəmir arakəsmələrə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

    Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan 4 nəfərin meyiti və bir nəfər sağ olaraq çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

    ***

    15:26

    Bakıda yol-nəqliyyat hadisəsi baş verib, ölənlər və xəsarət alanlar var.

    Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

    Bildirilib ki, oktyabrın 7-si saat 14:20 radələrində Bakı–Qazax avtomobil yolunun 21-ci kilometrliyində qeydə alınıb.

    Belə ki, "Mercedes Atego" markalı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində dəmir maneəyə çırpılaraq aşıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

    Faktla bağlı araşdırma aparılır.

    ***

    14:59

    Bakı-Qazax yolunda qəza baş verib.

    Bakıvaxtı.az xəbər verir ki, APA-nın məlumatına görə, xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb.

      Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.


      Batıgöz reklamMedia İnkişaf

      SON XƏBƏRLƏR

      08 Oktyabr 2026