Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.
Bakıvaxtı.az-ın məlumatına görə, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda qazaxıstanlı Abilayxan Zubanazarla üz-üzə gəlib.
Rəqibinə qalib gələn Z.Tçkayev qızıl medal uğrunda görüşə vəsiqə əldə edib. O, son qarşılaşmasında gürcüstanlı Tato Qriqalaşvili ilə münasibətlərə aydınlıq gətirəcək.
A.Zubanazar isə bürünc medal uğrunda görüşdə Azərbaycan millisinin üzvü Ömər Rəcəbli ilə qarşılaşacaq.
***
15:03
Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.
Bakıvaxtı.az-ın məlumatına görə, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda belçikalı Mattias Kasse ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Z.Tçkayev yarımfinala vəsiqə qazanıb.
O, finala gedən yolda qazaxıstanlı Abilayxan Zubanazarla görüşəcək.
















