• Bakı 15° C

    0.3 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Həbsdə olan generalın müharibədən FOTOSU - ÖZƏL 

SİYASƏT

07 Oktyabr 2026 | 12:23 | Müəllif: Əli Hüseynov

Həbsdə olan generalın müharibədən FOTOSU - ÖZƏL

Sabiq korpus komandiri, general-leytenant Rövşən Əkbərovun İkinci Qarabağ müharibəsi dövrünə aid olduğu bildirilən fotosu yayılıb.   

Bakıvaxtı.az-ın əldə etdiyi görüntüdə Rövşən Əkbərov hərbi geyimdə əks olunub. Fotonun məhz 2020-ci ildə baş vermiş Vətən müharibəsi dövründə çəkildiyi bildirilir.

Qeyd edək ki, Rövşən Telman oğlu Əkbərov 1965-ci ildə Bakıda anadan olub. O, uzun illər Azərbaycan Silahlı Qüvvələrində xidmət edib, müxtəlif yüksək komandanlıq vəzifələrində çalışıb və general-leytenant hərbi rütbəsinə yüksəlib.

Əkbərov hərbi xidmətinə sovet ordusunda başlayıb, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında iştirak edib. O, Birinci Qarabağ müharibəsində də xidmət edib və müxtəlif illərdə yüksək hərbi vəzifələr tutub.

Rövşən Əkbərov 1992–1997-ci illərdə 777-ci Xüsusi Təyinatlı Alayın rəhbərliyində olub. Sonrakı illərdə Müdafiə Nazirliyinin strukturunda və müxtəlif birliklərdə komandanlıq vəzifələrində çalışıb.

2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı onun adı ilə bağlı müxtəlif məlumatlar yayılsa da, həmin dövrdə konkret döyüş əməliyyatlarında iştirakına dair açıq rəsmi məlumatlar geniş şəkildə təqdim edilməyib.

Rövşən Əkbərovun adı daha sonra 2001-ci ildə Ukraynanın Kiyev şəhərində Azərbaycan vətəndaşı Elçin Əliyevin öldürülməsi ilə bağlı cinayət işi üzrə gündəmə gəlib. 2021-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə onun hərbi rütbəsinin və fəxri adlarının alınmasını zəruri hesab etməyib.

Murad İsmayıl


Həbsdə olan generalın müharibədən FOTOSU - ÖZƏL
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026