İran Hörmüz boğazında "qanunsuz gəmiçilik yollarını" bağlamaq niyyətindədir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandanının müşaviri Məhəmməd Rza Nəğdi deyib.
"İran Hörmüz boğazını qanunsuz marşrutlar üçün bağlayacaq", - İranın dövlət televiziyası Nəğdinin sözlərindən sitat gətirib.
ABŞ dövlət katibi Marko Rubio daha əvvəl Hörmüz boğazından neft tədarükünün həcminin ABŞ-İran münaqişəsi başlamazdan əvvəlki səviyyəyə qayıtdığını bildirmişdi.O, İranın tələbləri yerinə yetirilənə qədər Hörmüz boğazının bağlı qalacağını vurğulayıb.
















