• Bakı 18° C

    3.09 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Linzalar üçün yaş məhdudiyyəti varmı? - Həkim AÇIQLADI

CƏMİYYƏT

07 Oktyabr 2026 | 15:21 | Müəllif: Zeynəb Rzayeva

Linzalar üçün yaş məhdudiyyəti varmı? - Həkim AÇIQLADI

"Göz bu linzadan tam faydalanmaq üçün ideala yaxın vəziyyətdə olmalıdır".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazadə qurumun “İnstagram” səhifəsində keçirilən canlı yayımı zamanı deyib.

O bildirib ki, yeni nəsil multifokal linzaların tətbiq imkanları ilə bağlı yaş diapazonu da tədricən genişlənir. Əvvəllər bu linzaların daha gənc yaşlarda istifadəsinə məhdudiyyət qoyulsa da, aparılan araşdırmalar onların uşaqlarda da müəyyən hallarda tətbiq oluna biləcəyini göstərir.  

Oftalmoloqun sözlərinə görə, linza seçilərkən pasiyentin gözləntiləri də nəzərə alınmalıdır. Xüsusilə görməsində ən kiçik detallara belə həssas yanaşan, hər şeyin ideal olmasını istəyən şəxslərdə multifokal linzalar arzuolunan seçim olmaya bilər.    

“Bəzi insanlar çox xırda detallara fikir verirlər, biz buna perfeksionist deyirik. Onlar üçün hər şey ideal olmalıdır. Belə insanlara bu linzanı məsləhət görmək olmur. Çünki linzaların müəyyən xüsusiyyətləri var və bəzi hallarda pasiyent həmin detallara psixoloji olaraq daha həssas yanaşa bilər”.

İ.Cərullazadə tibbi əks-göstərişlərin də nəzərə alınmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, göz dibində hər hansı problem olduqda pasiyent əməliyyatdan əvvəl bununla bağlı ətraflı məlumatlandırılmalıdır.

“Əgər göz dibində hansısa problem varsa, xəstə ilə əvvəlcədən danışmaq lazımdır. Bu linzanı gözünüzə implantasiya etsəniz, ola bilər ki, onun bütün imkanlarından tam istifadə edə bilməyəsiniz”.

Oftalmoloq bunu avtomobil nümunəsi ilə izah edib:

“Təsəvvür edin ki, çox bahalı, yüksək sürətli bir avtomobil almısınız, amma onu yolların zəif olduğu ərazidə idarə edirsiniz. Siz həmin avtomobilin bütün imkanlarından istifadə edə bilməyəcəksiniz. Multifokal linzada da belə məsələlər var. Göz bu linzanın imkanlarından tam istifadə etmək üçün ideala çox yaxın vəziyyətdə olmalıdır”.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR