• Bakı 20° C

    3.51 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

"Azərbaycan əsgəri cəzasının bir hissəsini Ermənistanda çəkəcək" - Paşinyan

DÜNYA

07 Oktyabr 2026 | 18:21 | Müəllif: Subhan Mahmudov

"Azərbaycan əsgəri cəzasının bir hissəsini Ermənistanda çəkəcək" - Paşinyan

"Sünik bölgəsinin Şəki kəndində tapılan Azərbaycan əsgəri cəzasının ən azı bir hissəsini Ermənistanda çəkəcək". 

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı "Güclü Ermənistan" blokundan olan millət vəkili Andranik Gevorgyanın sualını cavablandırarkən bildirib.

O əlavə edib ki, bu işdə bütün hüquqi prosedurlara əməl olunmalıdır.

"İstintaq aparılmalı, iş məhkəməyə göndərilməli və məhkəmə hökm çıxarmalıdır. Bundan sonra o, cəzasının ən azı bir hissəsini Ermənistanda çəkməlidir", - deyə Baş nazir bildirib.

Paşinyan əlavə edib ki, uşaqlar əvvəlcə Azərbaycan əsgərinin gizləndiyi evə yaxınlaşıblar, evdə tanımadığı bir adam görüblər və analarına xəbər veriblər. Daha sonra qadın polisə zəng edib, lakin özü polisdən əvvəl hadisə yerinə getmək qərarına gəlib.

"Əgər onlar polisi gözləsəydilər, heç nə olmazdı", - deyə Paşinyan bildirib


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026