• Bakı 16° C

    0.32 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

“Arsenal” Arteta ilə bağlı qərar verdi

İDMAN

08 Oktyabr 2026 | 17:40 | Müəllif: Əli Hüseynov

“Arsenal” Arteta ilə bağlı qərar verdi

İngiltərə Premyer Liqasının iddialı təmsilçilərindən olan "Arsenal" baş məşqçisi Mikel Arteta ilə yola davam etmək qərarını rəsmiləşdirib. London klubu ispaniyalı mütəxəssislə müqavilənin müddətini 2030-cu ilin yayına qədər uzadıb.

Bakıvaxtı.az xəbər verir ki, klubun rəsmi resursları vasitəsilə yayımlanan bəyanatda rəhbərliyin Artetanın rəhbərliyi altında həyata keçirilən uzunmüddətli layihəyə və komandanın inkişaf dinamikasına tam etimad göstərdiyi vurğulanıb.

2019-cu ilin dekabrından "topçular"ı çalışdıran 44 yaşlı mütəxəssis yeni sözləşmə barədə danışarkən klub rəhbərliyinə göstərilən inama görə təşəkkürünü bildirib və London təmsilçisini yeni uğurlara daşımaq əzmində olduğunu qeyd edib. Bu anlaşma "Arsenal"ın gələcək illər üçün sabitlik və çempionluq strategiyasının əsas təməl daşı kimi qiymətləndirilir. /yenisabah/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR