• Bakı 18° C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Zaxarova Almaniya hökumətini "uğursuz" adlandırdı

DÜNYA

08 Oktyabr 2026 | 16:01 | Müəllif: Gülşən Şərif

Zaxarova Almaniya hökumətini "uğursuz" adlandırdı

Almaniya kansleri Fridrix Merts və onun kimi siyasətçilər təcavüzkarlıq ideologiyasını dəstəkləmək üçün öz vətəndaşlarından pul oğurlayırlar.

Bakıvaxtı.az "Lenta.ru"ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

Almaniyanın mövcud hakimiyyətinin ünvanına kəskin bəyanatlar səsləndirən diplomatın sözlərinə görə, alman hökumətinin atdığı hər yeni addım Almaniyanı daha dərin böhrana sürükləyir:

"Almaniyanın hazırkı rəhbərliyinin yürütdüyü siyasət ölkəni daha böyük iqtisadi və siyasi böhrana aparır. Merts kimi siyasətçilər sadəcə Qərbin hərbi-sənaye kompleksi tərəfindən vəd edilən mənfəətlərini götürüb kənara çəkilməyə tələsəcəklər".

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR