Avropa Birliyi (AB) ölkələrinin rəsmilərinin əksəriyyəti Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təsdiqləyiblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Avronyus” məlumat yayıb.
Məlumata görə, Rusiyaya qarşı sanksiya siyahısına 1646 şəxsin adını əlavə ediləcək. Siyahıya Ukraynanın işğal olunmuş ərazilərində sentyabr ayında Dövlət Dumasına keçirilən seçkilərdə namizədliyini irəli sürmüş 77 deputat da daxildir. Bu qərar Avropaya qarşı hibrid hücumların artması fonunda qəbul edilib.
Həmçinin, əldə olunan razılaşma Moskvanın Ukraynaya qarşı genişmiqyaslı işğalını dəstəkləməkdə ittiham olunan 743 fiziki şəxs və 826 təşkilata aiddir.
















